Paylaş

“Twitter” istifadəçiləri Leonardo Di Kaprionun “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar” mükafatı almasından bir dəqiqə sonra 440 min tvit yazıblar.

“Twitter” mikrobloqunun məlumatına görə, Di Kaprionun bu heykəlciyi rekord sayda tvitlərə səbəb olub. Bundan öncəki rekord isə aparıcı Ellen de Ceneresin məşhur ulduz selfisindən sonra bir dəqiqə ərzində yazılan 225 min tvit idi.

Qeyd edək ki, Amerika kino akademiyasının 88-ci mükafatlandırma mərasimi Los-Ancelesdəki “Dolbi” teatrında baş tutub.

Buro247.az