Paylaş

Hollivud ulduzu Leonardo Di Kaprio Urmiya gölünün qurumasından narahatdır.

Kaprio Cənubi Azərbaycanda yerləşən göl barədə İnstaqram səhifəsində yazıb.

Aktyor Urmiyanın fotosunu paylaşaraq bildirib ki, indi sözügedən gölün 5 faizi sudan ibarətdir.

“Gördüyünüz kimi qurumuş Urmiya gölündə sökülmüş bir bərə var. Bu göl Yaxın Şərqdə ən böyük duzlu göl olub. Amma indi gölün 5 faizi sudan ibarətdir. Bu, iqlım dəyişikliyi, tikinti işləri və yağışın azalması ilə əlaqədardır”.

“Qafqazinfo”