Paylaş

Azərbaycanlı ekstrasens Zirəddin Rzayev bu il ilk “Oskar”ını qazanan Hollivud ulduzu Leonardo DiKaprio ilə bağlı qorxulu proqnozlar verib.

Aktyorun 5 il əvvəl ata olması xəbərini verən Z.Rzayev açıqlaması ilə hər kəsi təəccübləndirib. O, Leonun uşağının anası ilə görüşmədiyini də bildirib:

“O düşünmürdü ki, bu qadınla həyatını bağlayacaq. Leonardonun bu münasibətdən bir qızı var. Hadisə 5 il əvvəl baş verib. Leo qızına və anasına hər cür maddi dəstək göstərsə də, hələlik bunu ictimaiyyətə açıqlamaq niyyətində deyil”.

Zirəddin Rzayev bu açıqlaması ilə kifayətlənməyərək Hollivud ulduzu ilə bağlı pis xəbəri də verib:

“Yaxın 3 ildə onu səhhəti ilə bağlı ciddi sınaq gözləyir. Ancaq o, bu xəstəliyinin öhdəsindən gələcək. Leonardonu qocalıqda görmürəm və bu, onun üçün çox pis əlamətdir”.

Axsam.az