Paylaş

Yəqin, hər birimiz qəbul edərik ki, xanımlar biz kişilərə nisbətən geyimlərinə, səliqə-səhmanlarına, təmizliyə daha çox riayət edirlər. Biz isə xüsusi günlər xaricində bütün geyimlərimizin tam səliqəli olmasına təmbəllik edirik.
Bizim üçün əsas olan ətrafdakıların bizi pinti, baxımsız biri kimi tanımamalarıdır, həddindən artıq səliqəli insan kimi tanımasalar da, olar.
İndi isə gəlin etiraf edək. Biz gecə geyimlərimizin, alt paltarlarımızın təmizliyinə nə dərəcədə riayət edirik?
“Jack Adams” kişi geyimləri şirkətinin apardığı araşdırmaya görə, kişilərin çoxu gecə geyimlərini 2 həftədən bir yuyurlar. Qadınlar isə bütün məsələlərdə olduğu kimi bu mövzuda da kişilərdən daha həssasdırlar. Xanımlarda bu rəqəm 17-ni göstərir.
Bu bizim gözümüzdə o qədər də önəmli məsələ kimi görünməyə bilər. Amma onu da nəzərə almalıyıq ki, uzun müddət çirkli geyimlərdən istifadə etmək, onlarla yatmaq dəri və orqanizm xəstəliklərinə səbəb olur. Üstəlik bu xəstəliklər, bakteriyalar yalnız sizin orqanizminizə mənfi təsir etməklə kifayətlənmir. Eyni zamanda çirkli geyimlərinizlə siz eyni yatağı bölüşdüyünüz insanın sağlamlığını da təhlükə altına atmış olursunuz. Əvvəllər yalnız cuzi dəri xəstəlikləri (qaşınma, səpkilər və.s) halında özünü biruzə verən bu problem isə zamanla daxili orqanlarınıza da öz təsirini göstərir.
Buna görə də unutmayın, kişilər, geyimimizə, səliqəmizə yalnız ətrafdakılara görə deyil, ən əsası öz sağlamlığımız üçün diqqət yetirməliyik.