Paylaş

“Doğum sonrası qadınlarda psixoloji dəyişikliklər çox olur. Bunların hamısı özgüvənin aşağı düşməsi, qadının ana olmağa hazır olması ilə bağlıdır”

Bu sözləri psixoloq Təhminə Çələbi anaların doğum sonrası depressiyası barədə danışarkən deyib:

“Məhz buna görədir ki, 40 gün onlara vaxt verirlər. İlk qırx günü adaptasiya adlandırmaq da olar. Çünki insanın bütün həyatı dəyişir, balaca varlığa baxmaq məsuliyyəti yaranır. Bəzən qadınlar bütün vaxtını körpəyə həsr etdikləri üçün özünə qulluq etməyə vaxt tapa bilmir, nəticədə özünü bəyənməməyə başlayır. Bu hislərini həyat yoldaşlarına ötürürlər, halbuki, həyat yoldaşlarının ağlında belə fikirlər olmur. Qadında yersiz şübhələr və paranoya yaranmağa başlayır. Bu problem altı aya qədər davam edirsə, artıq mütəxəssisə müraciət edib, medakomintoz və ya psixoterapiya almaq şərtdir. Qarşı tərəf isə bunu anlayışla qarşılamalıdır. Həmin vaxt isterikalar, göz yaşları, əhval dəyişiklikləri baş verə bilər. Düzdür, ətrafdakı insanların buna uyğunlaşması, öyrəşməsi çox çətindir. Onu da qeyd edim ki, qadın üçün simvolik olaraq bəzi şeylər önəmlidir. Əgər qadın gecə uşağı üçün oyanırsa, həyat yoldaşı da ən azından onunla birlikdə oyanmalıdır. Heç nə etməsə də, sadəcə qadına qayğısını göstərməyi qadına xoş təsir edə bilər”.

GSR.fm