Paylaş

2026-cı ildə keçiriləcək dünya çempionatı 40 milli komanda ilə təşkil olunacaq.

Bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib:

“2026-cı ildə keçiriləcək dünya çempionatında 40 milli komanda iştirak edəcək. Bununla da Afrika və digər ölkələr jest etmiş olacağıq”.

C.İnfantino qeyd edib ki, artacaq olacaq  səkkiz millinin ikisi Afrika ölkələrindən olmalıdır:

“Bu mənim təklifimdir. Ancaq mən diktator deyiləm. Bununla bağlı digər şəxslərlə danışacam”.

Qeyd edək ki, C.İnfantino bundan əvvəl DÇ-2026-nın 40 milli komanda ilə təşkil oluna biləcəyini söyləmişdi.

Xatırladaq ki, dünya çempionatının final mərhələsinin mövcüd formatına əsasən, yarışda 32 milli komanda mübarizə aparır.

Qol.az