Paylaş

1970-ci ildə istehsal olunmuş Ferrari 512M avtomobilindən dünyada cəmi 25 dənə vardı

Britaniyada hamı qanun qarşısında eynidir. Bu aksiom bahalı avtomobil sahiblərinə xüsusilə sərt və punktual şəkildə şamil olunur.
Dünən dünyanın ən bahalı avtomobilinin sahibi cərimələnib.
15,2 milyon dollar dəyərindəki sarı rəngli unikal Ferrari 512M-in sahibi avtomobilini qarajın qarşısında qaydaları pozaraq saxladığı üçün cərimələnib.
Hadisə Londonun qərbində, dəbdəbəli Kensinqton səmtində yaşanıb.
Polislər avtomobil sahibini dayanacaq qaydalarını pozduğuna görə 120 funt-sterlinq məbləğində cərimələyiblər.
1970-ci ildə istehsal olunmuş Ferrari 512M avtomobilindən dünyada cəmi 25 dənə vardı.

masin1

Avtosfer.az