Paylaş

“Forbes” jurnalı dünyanın ən bahalı idman klublarının yeni reytinq siyahısını dərc edib.

2011-ci ildən sonra ilk dəfə siyahıda liderlikdə futbol klubu qərarlaşmayıb. “Dallas Kovboyz” (Amerika futbolu) 4 milyard dollarla”Real”ı qabaqlayaraq birinci pilləyə yüksəlib.

Son üç ildə ilk pillədə qərarlaşan “Real” bu dəfə 3.65 milyard dollarla ikinci olub. “Barselona” isə üçüncü pillədə (3.55 milyard dollar) qərarlaşıb.

Dünyanın ən bahalı 12 idman klubu aşağıda adları qeyd olunanlardır.

1. “Dallas Kovboyz” – 4 milyard dollar

2. “Real” – 3.65 milyard dollar

3. “Barselona” – 3.55 milyard dollar

4. “Yankis” – 3.4 milyard dollar

5. “Mançester Yunayted” – 3.32 milyard dollae

6. “Nyu-İnqlend” – 3.2 milyard dollar

7. “Nyu-York Niks” – 3 milyard dollar

8. “Vaşinqton Redskins” – 2.85 milyard dollar

9. “Nyu-York Cayents” – 2.8 milyard dollar

10 – 11. “Leykers” – 2.7 milyard dollar

10 – 11. “San-Fransisko” – 2,7 milyard dollar

12. “Bavariya” – 2.68 milyard dollar

Qol.az