Paylaş

Londonda bir qaraj ağlasığmaz qiymətə satılıb.

Londonun cənub-qərbindəki dəbdəbəli Çelsi səmtində, Temza çayının sahilində iki bina arasındakı “boşluq”da inşa olunmuş qarajı 670 min funt-sterlinqə, yəni təqribən 875358 dollara alıblar. “Savills Auctions” hərracında satılmış qarajın ilkin satış qiyməti 525 min funt-sterlinq idi. Bu isə İngiltərədə orta statistik evin qiymətindən 2,5 dəfə bahadır.
Dünyanın ən bahalı qarajı “Köhnə Çelsi” səmtində, 18-ci əsrdə həbsxana və məhkəmə binasının yerləşdiyi “Justice Walk”la üzbəüzdür. Rusiyalı milyarder Roman Abramoviç və məşhur müğənni Mik Caqqerin malikanələri bu səmtddədir.

Avtosfer.az