Paylaş

“Mercedes” şirkəti dünyada ən uzun kupe avtomobili nümayiş etdirib.

Kişi Magazine  xəbər verir ki,  kupe “qağayı qanadı” stilində qapıları, xrom radiator barmaqlığı əldə edib. Yeniliyin uzunluğu 6 metrdir. Salonda sensor alətlər paneli və proyeksiyalı displey yerləşdirilib. Bu displey bütün lazımi məlumatları avtomobilin qabaq şüşəsinə çıxarır. Konsept Mercedes-Benz S-Class Coupe bazasında hazırlanıb, Rolls-Royce, Aston Martin və Bentley avtomobilləri ilə rəqabət apara biləcək Maybach imkanlarının nümayişi üçün yaradılıb. Model yaxın zamanlarda seriya avtomobilinə çevriləcək və gələn il debüt edəcək.

kupe1

Avtosfer.az