Paylaş

“Forbes” jurnalı dünyanın ən bahalı idman klublarının yeni reytinq siyahısını açıqlayıb.

Kishi.az-ın Qol.Az-a istinadən məlumatına görə, 50 klubun yer aldığı siyahıya  “Real” liderlik edir. “Dalla Kavboys” ikinci, “Nyu-York Yanks” üçüncü olub.

“Forbes”in versiyasına görə,  dünyanın ən bahalı 10 idman klubu aşağıda adları qeyd olunanlardır.

1. “Real” (Madrid) – 3,26 milyard dollar

2-3. “Dallas Kavboys” (amerikan futbolu) – 3,2 milyard dollar

2-3. “Nyu-York Yanks” (beysbol) – 3,2 milyard dollar

4. “Barselona” – 3,16 milyard dollar

5. “Mançester Yunayted” – 3,1 milyard dollar

6-7. “Los-Anceles Leykers” (basketbol) – 2,6 milyard dollar

6-7. “Nyu-İnqlend Petriots” (amerikan futbolu) – 2,6 milyard dollar

8. “Nyu-York Niks” (basketbol) – 2,5 milyard dollar

9-10. “Los-Anceles Dodjers” (beysbol) – 2,4 milyard dollar

9-10. “Vaşinqton Redkins” (amerikan futbolu) – 2,4 milyard dollar