Paylaş

“Hazırda həm qadınlarda, həm də kişilərdə erkən yaşda saçların ağarması aktiv müşahidə olunur”.

Bu sözləri Kişi Magazine-ə müsahibə verən dermakosmetoloq Jalə Həsənova deyib. O, qeyd edib ki, ümumiyyətlə, saçla əlaqəli bütün problemlər genetik kodlaşma nəticəsində formalaşır.

“Saçların ağarması da xüsusi genetik kodla bağlıdır. Bəzi insanlarda ağarma prosesi gec müşahidə olunsa da, bəzilərində bu, erkən baş verir. Genetik koddan əlavə, mikroelement çatışmazlığı nəticəsində saçların erkən ağarması problemi ilə üzləşirik. Məsələn, vitamin azlığı, düzgün qidalanmamaq və yaxud iqlim təsiri, maddələr mübadiləsinin pozulması kimi hallar saçların daha tez ağarmasına səbəb olur. Qadınlar saç boyalarından istifadə edərək ağarmanı itirə bilirlər. Kişilər isə nadir hallarda bu metoda müraciət edirlər  və onların tükləri qısa olduğu üçün ağarma kəskin nəzərə çarpır. Erkən yaşlarda saçların ağarmasını faiz nisbəti ilə götürsək, prosesin hər iki cinsdə eyni səviyyədə olduğunu deyə bilərik”.

Jalə xanım  bildirib ki, saçların ağarmasının qarşısını tamamilə almaq mümkün deyil:

“Problemi vizual  olaraq həll etmək olar. Əgər insan orqanizmində genetik problem yoxdursa və  başqa problem varsa, öncə, onu aradan qaldırmaq lazımdır. Bu da tibbi müayinə nəticəsində  aydınlaşır”.