Paylaş

Azərbaycanda elektron ticarətin indiki vəziyyətini Kishi.az-a  shopera.az saytının yaradıcısı  e-ticarət mütəxəssisi Rəşad Camal şərh edib.

Elektron ticarətin bütün dünyada sürətlə inkişaf etdiyini, eyni zamanda Azərbaycanda da hər həftə, hər ay e-ticarətin inkişafı getdiyini deyən Rəşad bəy Azərbaycanda istifadəçilərin 55 %- nin qadınlar təşkil etdiyini bildirib:

“E-ticarəti qadınlara və kişilərə xitab etməsinə görə bölmək olmaz. Yəni onlayn alış-veriş saytlarında eynidir, həm qadınlara, həm də kişilərə xidmət edir. Amma alıcılara gəldikdə isə dünyada və Azərbaycanda e-ticarətdən istifadə edənlərin 55 %-i qadınlar olduğunu deyə bilərəm”.