Paylaş

“Futbolçuların viza məsələlərində heç bir problemi olmayacaq”.

Bunu jurnalistlərə açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü seçilən xarici işlər naziri Elmar Məmmədyarov deyib:

“Bundan sonra da çalışacam ki, hər iki yerdə işləri yerinə yetirim. Son vaxtlar Azərbaycan futbolunda inkişaf gedir, o cümlədən son zamanlar “Qarabağ” və “Qəbələ” Avropa Liqasına vəsiqə qazandı. Hazırda “Zirə” də yaxşı oyun göstərir, ancaq Avropa turnirlərində iştirak emək üçün təcrübə də önəmlidir. Bu yay görəcəyik Azərbaycan klubları Çempionlar Liqasında necə iştirak edir”.

E.Məmmədyarov hələ ki planlardan danışmağın tez olduğunu vurğulayıb: “İşin içində olandan sonra bu barədə danışa bilərəm”.

XİN rəhbəri futbolun nüfuzunu bir az da qaldırmağı təklif edib: “Özüm də Azərbaycan futbolunun həvəskarıyam və maraqlanıram. Hər dəfə həm yığma, həm də klub oyunlarına getməyə çalışıram. Azərbaycan klublarından “Qarabağ” xoşuma gəlir, “Neftçi” vaxtında da yaxşı oyun göstərirdi. Amma indi bir qədər çətinlik çəkir. Ümumilikdə Azərbaycan futbolunun həvəskarıyam”.

Qol.az