Paylaş
Birlikdə rol aldıqları serialda tanış olub ailə quran Seda Güven və Keremcemin ayrılıq xəbəri gündəmdə səs-küy yaratdı.
Kishi.az Axşam.az-a istinadən məlumatına görə, sadəcə 9 ay əvvəl toyları olan cütlüyün qısa müddətdə boşanması sevənlərini təəccübləndirib.
Ancaq bu Türkiyənin gördüyü ən qısa evlilik deyil.Pelin Sönmez və iş adamı Cengiz Çolak Los-Ancelesdə möhtəşəm mərasimlə evlənmişdilər. Cütlüyün evliliyi 45 gün davam etmişdi.Naz Elmazla Erdem Kıramerin evliliyi isə 5 ay çəkdi.

Şahnaz Çakıralp və Murat Öncel də 5 ay evli qala biliblər.

Ece Eken və Serkan Uçar 1 il ər-arvad qaldılar. Amma bu yaxınlarda razılaşaraq boşanmaya qərar veriblər.

Meltem Cumbul və Alican Özbaş toylarından bir il sonra boşanıblar.

Cem Yılmaz və Ahu Yağtuğ 2013-cü ilin dekabrında rəsmən boşanıblar. Onların toyu 2012-ci ilin martında olmuşdu.

Hande Ataizi və Fethi Pekin arasında evlilik qalmaqallı olmuşdu. Pekinin ailəsi evliliyi qəbul etmədiyi üçün cütlük evlilik imzalarını atdıqdan iki saat sonra boşanmağa qərar vermişdilər.

Ajda Pekkan 1973-cü ildə 19 yaşlı Coşkun Sapmaza ərə getmişdi. Ancaq Sapmaz ailəsi evliliyə qarşı olduğu üçün onlar 7 gün sonra ayrılmışdılar.

Özge Ulusoyun Ferruh Taşdemirlə evliliyi də qalmaqallı olmuşdu. Ulusoyun bu evliliyə qarşı olan anası nikah mərasiminə qəflətən gələrək dava salmışdı. Cütlük həmin hadisədən bir gün sonra boşanıb.

Demet Akalın Oğuz Kayhanla 2006-cı ildə ailə qurur, lakin 4 ay sonra ayrılırlar.