Paylaş

Çox adam spirtli içki içərkən boş stəkanları ard-arda düzür. Əgər içdiyiniz bahalı İsveç viskisi və ya köhnəlmiş Fransız şərabıdırsa yavaş-yavaş və dadını çıxararaq içəçəksiniz. Hər insanın spirtə ayırdığı bir büdcə var və əgər siz həqiqətən çox xüsusi bir dad istəyirsinizsə bu zaman büdcənizi artırmalısınız. Kishi Magazine  spirtli içki sevənlər üçün ən bahalı içkilərin adlarını siyahılayıb:

10. Utopias

Pivə, hər insanın rahatlıqla ala biləcəyi içkidir. Amma Sam Adamsan 100 dollarlıq “Utopias”ı  bəziləri üçün ağır görünə bilər. Yalnız qiymət olaraq deyil, tərkibindəki 25%-lik spirt ilə də pivənin bir addım kənarında dayanır. Cambridge Universiteti tərəfindən çıxarılan bu pivənin tərkibi, Tutankamonun məzarındakı hiyerogliflerdən əldə edilib və ilk şüşəsi 7,686 dollara satılıb. Sonralar 100 dollara satılan pivənin indilərdə qiyməti 76 dollara qədər düşüb.

9. Evan Williams

23 illik bu burbonların etiket qiyməti 350 dollardır və yalnız içki distillə zavodlarında satılır.

8. Black Pearl

Remy Martin Louis XIII ardıcıllığının son məhsulu olan Black Pearl-ın qiyməti 10,000 dollardır və 1.200 növ konyakdan meydana gəlir. 40 və 100 il arasında yaşları dəyişən konyaklardan ibarət bu ləzzəti, yalnız çox xüsusi müştərilər dada bilir. Hətta şifrəniz yoxdursa, firmanın rəsmi saytından şəkilinə belə baxa bilməzsiniz.

7. 1990 Louis Roederer Cristal

Şərab kateqoriyaya girməsinə baxmayaraq, şampanın yeri həmişə ayrıdır. 2005-ci ildə hərracda bu şampanın bir şüşəsi 14,730 dollara satılıb. Yalnız bu şüşə normal bir şampan şüşəsinin həcmcə 8 qatı böyüklüyündə idi.

6. Jamaika Romu

1940-cı illərdə qablaşdırılmış 4 şüşə rom, indiki dövrdə tapılıb və bu nadir ləzzətlərin şüşəsi 54,000 dollardan satılıb.

5. The Macallan

Tanınmış firma The Macallan, xüsusi müştəriləri üçün 1926-ci ilin kolleksiyasını çıxarıb. Bazara çıxış qiyməti 38,000 $ olan bu xüsusi seriyadan bir şüşə, 2005-ci ildə Cənubi Koreyalı bir iş adamına tam olaraq 75,000 $ qarşılığında satılıb. Bir çox kolleksiyanın əksinə bu seriya saxlamaq üçün deyil, içmək üçün hazırlanıb. İçənlər möhtəşəm dadı olduğunu söyləyirlər.

4. 1787 Chateau Lafite

1985-ci ildə Sotheby firması, bir şüşə 1787 Chateau Lafite-yi tam olaraq 160,000 $ -a satıb. Əgər inflyasiyanı və pulun dəyərində dalğalanmaları nəzərə almasaq, bu vaxta qədər satılmış dünyanın ən bahalı şərabıdır. Bəs insan içməyib, saxlayacağı bir şüşə şəraba niyə bu qədər pul verir? Bu, yalnız şüşə deyil, həmçinin, şüşənin üstündə adının və soyadının baş hərfləri olan Tomas Jeffersonun sahib olmaqdan qürur duyacağı bir simvoldur.

3. İrlanda Viskisi

2005-ci ildə İrlandiyanın Nun Island distillə fabrikində bir qadın tərəfindən əsrlik viski şüşəsi tapılıb. Qiymətinin nə qədər ola biləcəyini soruşmaq üçün bir likör mağazasına getdikdə isə, ona 200,000 $ qiymət deyiblər. Beləliklə bu içki  tarixdəki ən bahalı viski olmuş oldu. Qadın 2 ilə yaxın saxladıqdan sonra şüşəni satıb.

2. Diva

3 dəfə distillə edilmiş bu araq, bir çox araq kimi karbonla aktivləşdirilib. Lakin Diva-da istifadə olunan karbonlar daha fərqli kimyəvi köklərə  sahibdirlər və almaz parçalarıyla filtrləniblər. Qiymətini bu qədər yüksəldən amillərdən biri də xüsusi dizayn olunmuş şüşəsidir. Hər şüşənin üstündə qiymətli daşlar düzülüb. Daşların sayı və keyfiyyəti sizin nə qədər ödəmək istədiyinizdən asılıdır.  Ən ucuzu 3,700 $ olan Diva-nın ən yüksək qiyməti isə 1,000,000 $ -dan çoxdur.

1. Tequila Ley 1925

Platinium şüşədə 6 illik mavi Agave tekilasını 225,000 $-a satan bu firma, eyni içkini yarı platinyum və ya yarı qızıl şüşədə 150,000 $-a satır. Şirkət  1,500,000 $  və almazlarla təchiz edilmiş  şüşə üzərində işləyir.

*Bonus: 1787 Chateau Margaux

1989-ci ildə Tomas Jeffersonun bu içkisi New Yorkdakı Four Seasons restaurantında sərgiyə çıxdı. Gecənin sonuna doğru bir ofisiant şüşənin olduğu masaya dəyərək şüşəni yerə saldı və bütün şərab yerə töküldü. Əslində olduqca yüksək bir qiymətə satılıb, tarixin ən bahalı içkilərindən biri ola biləcək bu şüşə nəticə olaraq 225,000 $-lıq zərərə çevrildi.