Paylaş

Gündəlik həyatda bəzi sual doğuran məqamlar var ki, hər gün qarşılaşdığımız halda cavablarını bilmirik.

Kishi.az ən çox cavabı axtarılan bir neçə sualları və cavablarını təqdim edir:

Saqqızı udduqda sonsuza qədər mədəmizdə qalır mı?

– Saqqız mədədə qalmır,  ən çox 3 gün içində bədəndən ixrac olunur.

Çay içmək temperaturu aşağı salır mı?

– Bəli. İsti içkilər bədənin özünü daha isti hiss etməsinə səbəb olur və nəticədə bədəndə istilik azalır.

Soyuq havalarda yerə atılan su necə buz halına çevrilir?

– Havaya atılan su -30 dərəcədə buz olaraq yerə düşür.

Solaxaylar daha ağıllı olurlar?

– Sol əli ilə bütün işlərini görənlərin daha ağıllı olub-olmadığı daim müzakirələrə səbəb olub.  Elm dünyası bu mövzuda  2 fərziyyə  irəli sürür.  Birincisi, beynin sol yarım kürəsi  dil və şifahi bacarıqlarda üstün olduğu halda, sağ yarım kürənin daha çox riyazi bacarıqlarının  yüksək olduğu istiqamətindədir. İkinci fərziyyə isə hər iki əlini istifadə edənlərin riyazi bacarıqlarının daha yüksək olduğunu iddia edir. Çünki riyaziyyat sol və sağ  yarım kürələr arasında qarşılıqlı əlaqə tələb edir.

Soğan soymaq niyə ağladır?

– Soğan kəsildiyi zaman havaya “lakrimatori faktor” deyə bir ferment ifraz olunur. Gözlərimiz də bu fermentdən göz yaşları ilə qorunur.

Avtobus və ya metroda kitab oxuyarkən niyə ürəyimiz bulanır?

– Yol gedərkən diqqətinizi yola deyil, kitaba və ya telefonunuza versəniz, daxili qulağınız və gözlərinizin arasında fərqli informasiyalar alınmasına yol açılar. Yəni, daxili qulağınız hərəkət etdiyini qəbul edərkən gözləriniz sabit durduğunuzu zənn edər. Bu da tarazsızlıq yaradar və beləliklə, ürəyiniz bulanar.

Quşlar islanır?

– Xeyr. Quşlar dimdiklərində bir növ yağ istehsal edirlər və bütün bədənlərinə çəkirlər. Bu yağ suyun tüklərə çatmasına imkan vermir. Beləliklə, quşlar da islanmaz.

Qıdıqlanan zaman niyə gülürük?

– Qıdıqlanma uşaqlıqdan öyrəndiyimiz bir şeydir. Əgər uşaq olarkən kimsə sizi qıdıqlamazsa və gülməzsə, siz də qıdıqlanmanın nə olduğunu heç bilməyəcəkdiniz. Edilən araşdırmalar, heç kimin özünü qıdıqlaya bilmədiyini göstərir.

Ağcaqanad dişləyəndə niyə qaşınırıq?

– Ağcaqanad dərimizə qan laxtalanmasına mane olan tüpürcək ifraz edir. Bədənimiz də bu xarici fermentə mane olmaq  və qorunmaq üçün anticisimlər ixrac etməyə başlayar. Bu da qaşıntıya səbəb olur.

GSR.fm