Paylaş

“Mançester Yunayted”də avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Erik Bayi ötən ayın ən yaxşı oyunçusu seçilib. O, səslərin 55 faizini toplayıb. Zlatan İbrahimoviç ikinci (37 faiz), Deyli Blind üçüncü (8 faiz) olub.

Qeyd edək ki, E.Bayi avqustda 4 oyunda iştirak edib. O, sözügedən görüşlərdə qol vurmasa da, müdafiədə etibarlı oyunu ilə seçilib.