Paylaş

Əziz oxucular, bildiyiniz kimi “Həkim məsləhəti” rubrikası sizin səhhətinizlə bağlı suallarınıza cavab tapmağınıza xidmət edir. Bunun üçün səhhətinizlə bağlı suallarınızı bizə ünvanlamağınız kifayətdir. Rubrikada suallarınız “Sağlam ailə” tibb mərkəzinin mütəxəssisləri tərəfindən cavablandırılacaq.

1. Oxucu sualı: Salam mənim 20 yaşım var. Saçlarım tökülür deyəsən. Bunun qarşısını almaq üçün nə məsləhət görərdiniz?

1. Həkim cavabı: Salam. Tibbi dildə saç tökülməsinə alopesiya deyilir. Alopesiyaya səbəb olan bir neçə amil var:
• əsəb, stres, nevroz
• hormonal disbalans
• göbələk və bakterial infeksiyalar
• avitaminoz, mikroelement çatışmazlığı (Zn, Fe)
• irsi faktor
• autoimmun proses
• bəzi dərmanlar
• nadir hallarda ciddi zəhərlənmə halları.
Səbəbini müəyyənləşdirmək üçün həkim-dermatoloq (və yaxud trixoloq) və ehtiyac olsa həkim-endokrinoloqa müraciyyət edə bilərsiniz. Ancaq bu halda düzgün müalicəni təyin etmək mümkündür.

2. Oxucu sualı: Salam həkim. Mənim 43 yaşım var. 2-3 dəfədir kiçik ayaqyoluna gedəndən sonra məndən 2-3 damcı qan gəlir. Bunun səbəbi nə ola bilər? Müalicəsi nədir?

2. Həkim cavabı: Salam. Bu simptomun səbəbləri müxtəlif ola bilər. Selikli qışanın damar zədələnməsi və sidik yollarının infeksiyasından (sistit, uretrit) tutmuş daha ciddi amillərə kimi. Tam uroloji USM, sidiyin və uretral yaxmanın analizləri məsləhətlidir.
Səbəbini dəqiq öyrənmək üçün həkim-uroloqa müraciyyət edə bilərsiniz.

3. Oxucu sualı: Salam həkim. Mənim sinəm böyükdür. Yəni bir kişi üçün standartdan daha böyükdür. Amma o qədər də kök deyiləm. 87 kq-yam. Öyrənmək istəyirəm ki, bunun səbəbi nədir? Və onu kiçiltməyin təbii üsulu varmı?

3. Həkim cavabı: Salam. Bu bir hormonal problem ola bilər. Yaşınızı bilmədən konkret cavab vermək tam mümkün deyil .
Bu cür simptoma ginekomastiya deyilir. Həqiqi (əsasını vəzi toxuması təşkil edir) və yalançı (əsasını piy toxuması təşkil edir) növlərinə ayrılır.
Yaranma səbəbləri:
• endokrin disfunksiya
• kişi cinsi orqanlarının (xayalar) xəstəlikləri
• dərmanlar
• artıq çəki
• pubertat ginekomastiya (12-14 yaş)
• yaşlılarda ginekomastiya və s.
Prolaktin, cinsi hormonların müayınəsi, süd vəzilərinin USM səbəbini müəyyənləşdirmək üçün məsləhətlidir. Növünü və səbəbinə ayırd etmək üçün endokrinoloq baxışı vacibdir.

4. Oxucu sualı: Lalə. Salam, həkim qadının xəstələndiyi vaxt (mensturasiya) kişi ilə cinsi əlaqədə olmasının hansı ziyanları var?

4. Həkim cavabı: Menstruasiya vaxtı cinsi əlaqə məsləhət görülmür. Səbəb: menarxe zamanı qadının fizioloji xüssusiyətlərinə görə uşaqlıq yolu bir qədər aralı olur. Nəzərə alsaq ki, qan infeksiyanın inkişafı üçün ən yararlı mühitdir, qadın cinsiyyət orqanlarının iltihabı xəstəliklərinin (həmçinin cinsi yolla keçən infeksiyaların) riski çox artır.
Əgər cinsi əlaqə vaxtı partnyorunuz artıq məsafəyə daxıl olsa, bu qarın nahıyəsində kəskin ağrıya səbəb ola bilər, lakin bu nadır hallarda baş verir.
Çalışın cinsi əlaqə vaxtı şəxsi gigiyenaya (cinsi əlaqədən öncə və sonra hər ikiniz antiseptiklə yuyunun) riayət edin və baryer kontraseptivdən (prezervativ) istıfadə edin.

5. Oxucu sualı: Salam həkim. Mən epilyasiya etdirmək istəyirəm. Bütün bədənimi, Amma əvvəlcədən öyrənmək istərdim ki, bunun hansısa ziyanı varmı? Xüsəsən də kişi cinsi orqanı üçün

5. Həkim cavabı: Salam. Ziyanı fərdi reaksiyadan asılıdır.
Lazer epilyasiyanın bir neçə fəsadları yarana bilər:
• dərinin yüksək həssaslığı
• yanığlar
• allergik reaksiya
• hiperpiqmentasiya
• follikulit
• herpetik səpişiklər (residiv) və s.
Lakin qeyd etmək istərdim ki, lazerin təsiri hal hazırda tam araşdırılmayıb, əsasəndə cinsi orqanlara olan təsiri.
Hansı halda lazer epilasiya əks göstəricidi : dəri xəstəlikləri, hormonal disfunksiya, ürəkdamar xəstəlikləri, onkoloji proses. Epilasiyadan öncə həkim-dermatoloq müayinəsi məsləhətlidir.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.