Paylaş

Aktrisa Zoi Saldananın rəssam həyat yoldaşı Mark Pereqo xanımının soyadını götürməyə hazırlaşır.

Kishi.az axşam.az-a istinadən xəbər verir ki, “Avatar” ulduzu ərinin bu addımı atmaq istədiyini eşidəndə onu fikrindən  daşındıramağa çalışıb.

“Mən onu bu qərardan döndərmək istədim. Dedim ki, mənim soyadımı götürsən, rəssamlar cəmiyyəti, latın amerikalılar, bütün dünya səni qınayacaq. Ancaq Marko mənə baxıb dedi ki, onu heç kim maraqlandırmır”.