Paylaş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nı tənqid edib.

O, jurnalistlərə açıqlamasında qitənin ali futbol qurumunun “Qalatasaray”ı bir il müddətinə avrokuboklardan kənarlaşdırmaqla bağlı qərarına etiraz edib.

“Niyə kluba cəza verirsiniz? Cəza işində təqsiri olan klub rəhbərliyinə verilməlidir. “Qalatasaray”ın 20-25 milyon azarkeşi var. UEFA bu cəza ilə həm də həmin o azarkeşləri cəzalandırıb” – deyə Ərdoğan bildirib.

O, UEFA-nın bu qərarının haqsız olduğunu söyləyib.

Qol.az