Paylaş

Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın qızı Sümeyye ilə Selçuk Bayraktarın toyu artıq başlayıb.

Kishi.az Axşam.az-a istinadən məlumatına görə, toyda Ərdoğan xanımıyla birgə Bosniya və Herseqovina lideri Bekir İzzetbegoviç və həyat yoldaşı ilə yanaşı oturub. Nikah şahidləri isə baş nazir Əhməd Davudoğlu və keçmiş prezident Abdullah Gül olub.

Nikahın baş tutduğu “Yahya Kemal Beyatlı Gösteri Merkezi” ətrafındakı bütün yollar isə gecədən etibarən bağlanılıb. Yolların bağlanılmasına etiraz edən bəzi vətəndaşlar polislərlə mübahisə ediblər. Bir sürücü isə aradakı boşluqdan istifadə edərək bağlı olan yola girərək sürətlə aradan çıxıb. Polislər qısa müddətli həyəcan veriblər.