Paylaş

Beyonsun 23 aprel tarixində yayımladığı vizual albomu- “Lemonade” məşhur müğənninin fanatları tərəfindən həyəcanla qarşılanıb.

Ancaq “Lemonade”in ümumi hekayəsində aldadılmış bir qadından bəhs etməsi yeni dedi-qoduların ortaya çıxmasına səbəb olub.

İddialara görə, Jay-Z pop ulduzu başqa məşhur sima ilə aldadır.

Jay-Z keçmiş iş ortağı Damon Dashın eks-həyat yoldaşı, moda üzrə dizayner Rachel Roy ilə sevgili olduğu deyilir.

Beyons “Lemonade” albomuna daxil olan “Sorry” mahnısında Rachek Royun xarici görünüşündən bəhs etdiyi bildirilib.

beyonce

Qafqazinfo.az