Paylaş

Kembric Universitetinin araşdırmasına görə, bütün günü oturmaq kökəlmə prosesini 2 dəfə sürətləndirir.
Araşdırmaçılar bu nəticəyə gəlmək üçün 12 il boyunca 334.000 nəfəri izləyib, onların yaşam tərzini araşdırıblar. Əldə edilən nəticəyə görə, erkən yaşda həyatdan köçən insanların əksəriyyəti passiv həyat tərzi keçirən insanlardır.

Çox oturmaq nə üçün ölümə səbəb olur?
Kembric Universitinin epidemiya proqramının rəhbəri Dr.Bragenin sözlərinə görə, ölümcül xəstəlikləri yaradan əlamətlərdən biri çox oturmaqdır. Ürək xəstəlikləri, şəkər, xərçəng xəstəlikləri çox oturmaq nəticəsində yaranan xəstəliklər sırasına daxildir. Əgər siz bu kimi xəstəliklərdən sığortalanmaq istəyirsinizsə, nə qədər gərgin iş qrafikiniz olur olsun, gün ərzində heç olmasa 20 dəqiqə hərəkət etməlisiniz. Bu hərəkətlər sizin gözünüzdə adi məşğələ kimi görünə bilər, əslində isə onlar ölüm riskini 30% azaldır. Adı çəkilən məşğələlər üçün isə xüsusi vaxt ayırmağınıza ehtiyac yoxdur. Sağlam həyat tərzi üçün aşağıdakılara əməl etməyiniz kifayətdir: mənzilinizə qalxmaq üçün liftdən deyil, pilləkəndən istifadə edin, avtomobilinizi iş yerindən 3-4 dayanacaq irəlidə saxlayıb işə piyada gedin. Aradan bir müddət keçdikdən, orqanizminiz bu məşğələlərə öyrəşdikdən sonra getdikcə gündəlik məşq planınızı gərginləşdirməyə, mürəkkəbləşdirməyə çalışın.