Paylaş

İtalyan müğənni Eros Ramazzotti artıq Bakıdadır.

İfaçı sosial şəbəkədə paytaxtımızın görüntüsünü paylaşıb. İfaçı şəhərin otellərinin birində qalır.

Ramazzotti paytaxtın görüntüsünü paylaşaraq “Sabahın xeyir, Bakı” şərhini yazıb. İtaliyalı müğənni Bakının görüntüsünün möhtəşəm olduğunu deyib. Bir müddət əvvəl aprelin 27-də Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək Eros Ramazzotti bakılı pərəstişkarlarına salam göndərib.  İfaçı bütün onu sevənləri möhtəşəm konsert gecəsində gözlədiyini bildirib.  Dünya turu çərçivəsində ilk dəfə Bakıda konsert verəcək müğənni  izləyicilərə gözəl musiqi və şou təqdim etməklə yanaşı, özü də Bakı və onun sakinləri ilə yaxından tanış olmaq arzusundadır.

ANS PRESS