Paylaş

Avtomobil almamışdan əvvəl diqqət edilməli bir neçə detal var.  Kishi.az olaraq kimyəvi təmizləmə ustası Qoşqar Həsənovdan bu barədə fikirlərini öyrəndik:

“Avtomobil alarkan onun detallarına dəyən xırda rəng işləri bir qədər problem deyil. Əsas odur ki, maşında calaq yerlər olmasın. Calaq yerləri bilmək üçün maşında yumşaq rezin kantları çıxarıb baxmaq və bir neçə hissədəki kantlara fikir vermək lazımdır.

Mühərrikin işləmə qaydasına, yağ yeyib yeməməyinə diqqət etmək lazımdır. Bəzən avtomobillərin salonundakı detalların çox işlənməsindən  rəngi gedir, onu olduğu kimi rəngləyib sizlərə satırlar və müəyyən vaxtdan sonra həmin rəng yenidən silinir. Ümmiyyətlə, avtomobil alarkən mütəxəssislərə müraciət edin və mütəxəssizə deyin ki, əgər avtomobildə sizin yaxşıdır  dediyiniz yerdə problem çıxarsa məsuliyyəti siz daşıyacaqsınız”.