Paylaş

Bu gün Stokholmda “Eurovision – 2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Kishi.az  xəbər verir ki, yarımfinal saat 23 00 – da İctimai TV- də canlı yayımlanacaq.

Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva , Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika final üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, artıq birinci yarımfinal baş tutub, 10 ölkə finala vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi Səmra Rəhimli final gecəsinin birinci hissəsində “Globen-Arena”da çıxış edəcək.