Paylaş

Avstraliyanın “Eurovision-2016” təmsilçisi Dami İmin məşq prosesində geyindiyi libas və səhnə şousu müzakirələrə səbəb olub.

Koreya əsilli müğənni “Ericsson Globen-Arena”da çıxış edən zaman bütün diqqətləri öz üzərinə çəkməyi bacarıb.

Dami İm axşam baş tutacaq yarım final mərhələsindən finala keçəcəyinə ümid edir.

Müğənninin məşq zamanı çəkdirdiyi fotosu isə ölkəsində və “Eurovision” fan səhifələrində tənqidlərə məruz qalıb.

27 yaşlı D.İm səhnədə alt paltarını cəsarətli şəkildə kameralara göstərməsi “finala qalmaq üçün hər şeyini ortaya qoyur” başlıqlı şərhlərin meydana gəlməsinə səbəb olub.

Xatırladaq ki, Dami İm Avstraliyada keçirilən “X-Factor 5” müsiqi müsabiqəsinin qalibi olub.

dami2

dami3

 

Qafqazinfo