Paylaş

Meditasiyanı həyatınızın bir parçasına çevirmək əslində çox asandır. Hətta, sadəcə 10 dəqiqədir.

10 dəqiqəlik meditasiya əslində yuxu sisteminizi nizama salır, stressi azaldır. Günə 10 dəqiqəlik meditasiya ilə başlamaq isə sizi yenilənmiş hiss etdirəcək.

Meditasiya ortamı yaratmaq da əslində çox sadədir. Evinizin bir küncünü meditasiya ortamına çevirmək istəyirsinizsə xəbərin davamını oxuyun.

– Düzgün yer seçin. Bu yer çox rahat olmalıdır. Bu yer sizin yataq otağınızın küncü ola bilər. Həmçinin işığı unutmayın.

– Oturmaq üçün özünüzə şərait yaradın. Stula və ya kilimə ehtiyacınz var? Stulda otursanız özünüzü dik tutun.

– Sakitləşdirici qoxuları və şamları unutmayın. Lavanda, gül və evkalipt qoxuları sizi daha yaxşı yatızdıracaq.

– Özünüzü rahat hiss edin.  Meditasiyadan əvvəl və sonra çay içmək hisslərinizi hərəkətə gətirəcək.

– Dekor etməyi unutmayın. Sizə rahatlıq verəcək rənglər seçin. Təbiəti də unutmayın: bitkilər, təzə çiçəklər, daşlar.

– Rahatlaşdırıcı səslər seçin. Meditasiyada bəziləri səssizliyə üstünlük versə də, bəziləri kənardan gələn səsləri aradan qaldırmaq üçün sakit musiqilər seçirlər.

– Meditasiya ortamının dekorundan asılı olaraq praktikası tamamilə sizdən asılıdır. Daha xoşbəxt, sağlam və az stressli həyata sahib olmağınız üçün meditasiya mütləqdir. Özünüz üçün uyğun olanını ancaq özünüzü dinləyərək tapa bilərsiniz.