Paylaş

ABŞ-da Ali Məhkəmə ölkədə bütün əyalətlərdə homoseksual evliliyin qanuniləşdirilməsi barədə qərar verib.

Kishi.az-ın Axşam.az-a istinadən məlumatına görə, bundan sonra ölkənin 50 ştatında eynicinsli evliliklər qanuni olacaq.

ABŞ Konustitusiyasına edilən bu əlavə ilə hökumət tarixi bir qərar vermiş olub. Hakim Entoni Kennedi “Evliliyin hər kəs üçün konustitusion bir haqq olduğunu” deyib. Bu qərardan əvvəl 36 ştatda eynicinslilərin nikahı qanuni idi.

Prezident Barak Obama Tvitterdə bunu “bərabərlik üçün atılmış böyük bir addım” adlandırıb. Daha sonra Ağ Evdə mətbuat konfransında  qərarı “Amerika üçün zəfər” sözləri ilə ifadə edib.