Paylaş

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində “Eurovision 2016” müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutacaq. “Qloben Arena”da gerçəkləşən  yarışmada 61 ölkə iştirakçısından 18-i səhnəyə çıxacaq. Azərbaycan təmsilçisi Səmra Rəhimli də ilk yarımfinalda çıxış edəcək. O, 14-cü sırada “Miracle” (“Möcüzə”) mahnısını oxuyacaq. 

Kishi.az xəbər verir ki, xalq artisti Faiq Ağayev Səmra Rəhimlinin ifası ilə bağlı fikirlərini GSR.fm-lə bölüşüb:

“Səmra çox istedadlı qızdır. Onun performansını “O səs Azərbaycan”da ustad kimi izləmişəm. Onun necə gözəl potensiala sahib olduğunu bilirəm. Azərbaycanın adından ona uğurlar arzu edirəm.  Musiqi incəsənətdir, bu futbol deyil ki, rahatlıqla proqnoz verəsən ki, nəticələr necə olacaq. İncəsənət gözlənilməz nəticələr verir. Hər halda mən Səmraya bizim musiqimizi təmsil etdiyinə görə uğurlar arzu edirəm”.