Paylaş

İngiltərə və Türkiyə milli komandaları arasında dünən keçirilən yoxlama oyununda maraqlı hadisə yaşanıb.

Qonaq komandanın baş məşqçisi Fatih Terim qapılarına qolun oyundan kənar vəziyyətdən vurulmasını dördüncü hakimə sübut etmək üçün telefondakı videogörüntüdən istifadə edib.

Qeyd edək ki, bunadək matçın gedişatı zamanı bir məşqçi ilə hakim arasında bu cür hadisəyə rast gəlinməmişdi.