Paylaş

Mett Raymer müasir texnologiyalardan istifadə edərək təsərrüfatındakı xərcləri azaltmaq qərarına gəlib

Kanadanın Manitoba şəhərindən olan fermer Mett Raymer (Matt Reimer) özünün “John Deere 7930” traktoru üçün avtopilot mexanizmi yaradıb.

O, müasir texnologiyalardan istifadə edərək təsərrüfatındakı xərcləri azaltmaq qərarına gəlib. Avtopilotun yaradılması ideyası isə tarlada görüləcək işlərə görə sürücüyə daimi olaraq pul verməmək səbəbindən yaranıb.
İxtiraçı artıq hazır olan “PixHawk” avtopilot mexanizmdən və “Arduino” proqram-avadanlıq platformasından istifadə edib. Fermerə yalnız traktoru idarə etmək üçün proqram yazması qalıb.
“John Deere 7930” traktorunda bütün idarəetmə orqanları elektrondur. Bu da fermerin işini daha da asanlaşdırıb. Belə ki, o, avadanlığı bort kompüterinə qoşub ki, bu da onu maşını fiziki olaraq idarə etmək mexanizmi yaratmaqdan xilas edib.
Hazırda fermer traktorun avtonom işə salınmasına nail ola bilməyib. Hələlik layihə tərtib edilmə mərhələsindədir və o, yaxın zamanlarda onu bitirmək niyyətindədir.

Avtosfer.az