Paylaş

FİFA-nın Etika üzrə Müstəqil Komitəsi təşkilatın prezidenti Canni İnfantinonu 90 gün müddətinə vəzifəsindən kənarlaşdıra bilər.

Bu barədə Almaniyanın “Die Welt” nəşrinin müxbiri Tim Ren əldə etdiyi FİFA məmurlarının elektron yazışmalarına əsaslanaraq bildirib.

Onun sözlərinə görə, mümkün sanksiyalara səbəb FİFA Şurasının iclasının protokolunun (stenoqrammasının) silinməsi olub.

Məlumata görə, stenoqrammanın silinməsinə dair göstəriş Canni İnfantino tərəfindən verilib.

APA.az