Paylaş

“Onun mənimlə ədavəti uzun illər əvvəl başlayıb. Başa düşmürəm, kişi adını daşıyan niyə belə edir? Məndən “Youtube”a şikayət edir ki, mahnılarımı qadağan etsinlər. Sonra Qızıl Fonddan adımın silinməsini istəyib. Ağılsız insandır”.

Kishi.az  xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Müğənni əməkdar artist Teymur Əmrahın onunla düşmənçilik etdiyini bildirib.

F.Kərimova qarşı tərəfin ünvanına sərt ittihamlar səsləndirib:

“Rəşid Behbudova qara yaxıb, Elza İbrahimovanın adından yalan danışan adamdır. Deyir ki, guya hansı mahnını oxuyursa, onun tarixçəsini öyrənir. Belə hallardan birində də öyrənib ki, Rəşid Behbudov Elza İbrahimovaya deyib ki, filan mahnını Flora Kərimovaya verməyin, onu oxumağa layiq deyil. Elza xanımın qardaşı bu xəbərə çox hiddətlənib. Deyir, Elza xanım heç vaxt onunla danışmayıb. Yalanlarla özünə yer etmək istəyir. Hər dəqiqə “Youtube”a yazır. Bu, onun mənə qarşı qara piarıdır. İndi deyir ki, mən onun paxıllığını çəkirəm”.

F.Kərimova “Bəlkə kimsə Teymur Əmrahı öyrədib, sizə qarşı çıxmasını istəyir” sualına belə cavab verib:

“İndiyənə kimi öyrədənlərin əli hara çatdı? Teymur Əmrah mənim pis, qeyri-peşəkar surətimdir. Ölənə qədər o, mənim oxşarım olaraq qalacaq. O, heç vaxt sərbəst olmayıb, olmayacaq da… Danışığında, alnında Flora Kərimova yazılıb. Bircə kişiliyində də mənə oxşasaydı, onda ikinci Flora Kərimova olardı. Ancaq belə özünü yerə çırpdı. Mənə sataşan elin, millətin gözündən düşür. Mən bu millətin övladıyam. Sən mənim millətə etdiyimin yarısının yarısını et, sonra məni qına”.