Paylaş

Görünüşü balaca olsa da qiymətinə 100-ə yaxın lüks avtomobil almaq olar. Bu avtomobilin adi bir parçasının qiyməti min dollarla ölçülür. Dünyada ən bahalı idman növü sayılan Formula -1-in özü qədər avtomobilləri də bahadır. Bir Formula – 1 avtomobilinin orta qiyməti 6 milyon 868 min dollar təşkil edir. Avtomobilin ən bahalı hissəsi olan mühhəriki 1000 yaxın hissədən ibarət olur və 80 saat ərzində yığılır. Qiyməti isə nə az nə çox düz 4,7 milyon dollardır. Avtomobilin həm avtomot, həm də manual olan sürət qutusunun orta qiyməti 128 min dollardır. İdarə edən pilotu qoruyan bolidin qiyməti isə 128 min dollar təşkil edir. Avtomobilin alt hissəsinin qiyməti isə 86 min dollardır.

Formula -1 maşınlarında ən vacib element hesab edilən əyləc sistemi isə 2500 selsi istiliyə davamlıdı və ümumilikdə qiyməti 207 min dollardır. Avtomobilin bütün idarəetmə sisteminin yerləşdiyi sükanın qiyməti 29 min dollar təşkil edir. Avtomobilin qabaq hissədində olan və 2 hissədən ibarət olan havalığın qiyməti 215 min dollar, arxada yerləşən hava tənzimləyicinin qiyməti isə 129 min dollardır. B detallarlar sürət zamanı maşının yerdən ayrılmamasını təmin edir. Avtomobilin titandan hazırlanan və 900 dərəcə davamlı qulşitelinin qiyməti isə 255 min dollar təşkil edir.

Avtomobilin bir şininin qiyməti 650 dollar olsa da onun birləşdiyi hissələrlə birlikdə qiyməti 291 min dolar təşkil edir. Bütün bunların qiyməti avtomobilin göstəricisi artıqca daha da yüksəlir.