Paylaş

“Əvvəlki oyunlardan fərqli olaraq “Formula 1″ oyunları zamanı yolların bağlanmasına görə tıxaclar əmələ gələcək”.

Bu sözləri “Formula 1” haqqında danışarkən hüquqşünas Vamiq Şükürov deyib. O bildirib ki, yolları bağlamamışdan qabaq yolda təmir işlərinin aparılması, yolların açılması digər bu məsələlər hamısı qanunvericilikdə öz əksini tapıb:

“Yollar bağlanmamışdan qabaq bu barədə İcra hakimiyəti, Nəqliyat nazirliyində əsaslandırılmış qərarlar qəbul olunmalıdır və bu qərar yalnız həqiqətən zəruri hal əmələ gələrsə bu zaman yolların bağlanması və ya məhdudlaşdırılması barədə qərar qəbul eləmək olar. Hesab edək ki, həmin “Formula 1” yarışları da bu tədbirlərdən biridir. Bu barədə əhaliyə qabaqcadan elan verilməlidir. Hansı yollar bağlanacaq, hansı müddətə qədər bağlanacaq əhali bütün bunlarla məlumatlandırılmalıdır.

Bütün bunlar qanunvericilikdə çox ciddi əsaslandırılıb. Hansı hallarda yol məhdudlaşdırıla bilər, hansı yolda təmir gedə bilər, yol tamamilə bağlana bilər – bu halların qəti dairəsi var. Bu hallar baş verdikdə qərar bir də qəbul olunmalıdır, əhaliyə necə çatdırılmalıdır, harada elan verilməldir bu da çox ciddi şəkildə nizamlanan haldır.

“Formula 1″ yarışlarında da əvvəlcədən qəti demək olar ki, tıxaclar çox sıx olacaqdır. Buna görə də qabaqcadan iş aparmaq lazımdır. Proqram işlənib hazırlanmalıdır və bu proqramın da məqsədi yarana biləcək tıxacların problemlərin maksimum aradan qaldırmaq olmalıdır. Bu cür yarışın Bakıda böyük tıxac əmələ gətirəcəyini və insanların narahat ola biləcəyini düşünürəm. Bu məsələ ona görə də çox ciddi planlamalıdır, hər dəfə tez-tez qəbul olunmuş proqrama uyğun əhali mütəmadi olaraq xəbərdar olunmalıdır”.

GSR.fm