Paylaş

Almaniya millisinin türkəsilli futbolçusu İlkay Gündoğanla iki illik sevgilisi, aktrisa Sıla Şahin ayrılıblar.

Kishi.az Axşam.az-a istinadən xəbər verir ki, cütlüyün ayrılmasına uzun müddətdir bir-birlərindən uzaq yaşamaları səbəb olub.

Belə ki, “Borussiya-Dortmund” komandasında forma geyinən İlkay Sılanın Berlində yaşaması səbəbindən münasibətlərində problem yarandığını deyib. O, elə bu səbəbdən ayrıldıqlarını açıqlayıb. Sıla isə bundan sonra bütün diqqətini daha çox işinə ayıracağını bildirib.

Qeyd edək ki, İsveçrə mətbuatı İlkay-Sıla münasibətində futbolun qalib gəldiyini və ayrılığın da buna görə baş verdiyini yazıb.