Paylaş

Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Umud Buludun atası Kamal Bulud Ankarada törədilən partlayış nəticəsində ölüb.

K. Bulud dünən keçirilən “Gənclərbirliyi” – “Qalatasaray” oyununa baxmaq üçün Ankaraya gedib. Partlayış o, oyundan sonra evinə qayıdarkən baş verib.

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb. Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.

O, partlayıcı qurğu yerləşdirilmiş oğurluq avtomobili avtobus dayanacağında partladıb.

APA.az