Paylaş

Futzal üzrə Azərbaycan millisi baş məşqçisi Faustino Perez vəzifəsindən ayrılıb.

İspan mütəxəssis Azərbaycanda  çalışmaqdan  məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.

AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Qeyd edək ki, Perezin rəhbərliyi altında futzal millimiz Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.

AFFA.az