Paylaş

Adətən, ciddi iş rejiminə sahib olan insanlarda, üst səviyyəli idarəçilərdə rast gəlinən xroniki yorğunluq sindromunun ilkin əlamətləri yüngül yorğunluq və istəksizlikdir.

Bu zaman həmin insanlarda iş həyatından uzaqlaşma, hər bir sahədə ciddi səviyyədə zəiflik və sosial həyatdan qopma kimi problemlər ortaya çıxır. Bu barədə daha ətraflı Kishi.az-a öz müsahibəsində doktor Nahid Məhərrəmov məlumat verib:

“Yorğunluq orqanizmdə maddələr mübadiləsinin zəifləməsi ilə və yaxud da həddindən artıq yüklənmə, sinir sistemi ilə bağlıdır. Buna həmçinin digər potologiyalar da aid ola bilər. İstənilən halda fəsil dəyişdiyi zaman insanlarda maddələr mübadiləsində də dəyişiklik olur. Hazırki fəsil isti bir dövrə keçdiyi üçün müvəqqəti olaraq zəifləmiş qan dövranı artmağa başlıyır. Mart ayı ərzində getdikcə artan qan dövranını, canlanmanı insanlar hiss etməyə başlayacaqlar. Elə insanlar var ki, onların allergiyaları var. Mart-Aprel ayı boyunca bu insanlarda allergik reaksiyalar artdığı təqdirdə, bronxlarında spazm olanların beyində qan dövranı pozulduğu üçün xroniki yorğunluq sindromu yaranır. Həmçinin gecə yuxusuz qalanlarda xroniki yorğunluqlar müşahidə olunur.

İstənilən halda məsləhətimiz budur ki, hərəkəti artırsınlar. Xroniki yorğunluğu ancaq yuxu rejiminin normal olması və hərəkəti artırmaq yoluyla həll etmək mümkündür. Yəni bir insan çoxlu hərəkət edəcəksə, normal yuxu rejimi olacaqsa- 7-8 saat yatacaqsa o xroniki yorğunluqdan əziyyət çəkə bilməz.

Xroniki yorğunluq qan azlığından da ola bilər. Hansısa xəstəliklərlə bağlı da ola bilər. O zaman o xəstəliklərin müalicəsinə başlanılmalıdır.

İstənilən halda yaş, cins fərqi olmasa da yağlanma və çəkisi çox olan kişilərdə daha çox xroniki yorğunluq olur.  Bir də tənbəl insanlarda daha çox müşahidə olunur”.