Paylaş

Rusiyanın Tula şəhərində maraqlı hadisə baş verib.

Şəhərin mərkəzində gəzintiyə çıxan bəy və gəlin qəflətən dalaşmağa başlayıb. Gəlin avtomobildən düşərək qaçmağa çalışıb. Vəziyyətə müdaxilə etmək istəyən bəy isə gəlini avtomobilə mindirmək istəyib. Küçə ortasında dalaşan bəy və gəlini yoldan keçənlər heyrətli baxışlarla izləyib. Bəy nə qədər cəhd etsə də gəlini avtomobilə minməyə razı sala bilməyib.

Gəlini qolundan tutub məcburi aparmaq istəsə də o əlindəki gül buketini bəyin başına çırpıb və qaçmağa başlayıb. Bəy isə  avtomobilə minərək gedib.