Paylaş

Google” korporasiyası “Pixel” adlı smartfonunu təqdim edib.

Smartfon iki versiyada təqdim edilib: 5 düymlük diaqonala malik ekranla təchiz edilmiş “Pixel” və 5.5 düymlük ekranla təchiz edilmiş “Pixel XL”. “iPhone”nun rəqibi olan aparat 12.3 meqapiksellik kamera ilə təchiz edilib. “Google”un nümayəndələri əmin ediblər ki, sözügedən smartfon öz xarakteristikalarına görə analoqlarını geridə qoyur. “DxOMark” internet resursunun mütəxəssislərinin qiymətləndirməsi bunu sübut edir. Həmçinin 8 meqapiksellik ön kamera var.

İnternet nəhənginin smartfonları dördnüvəli “Snapdragon 821” prosessoru, 4 QB əməli yaddaş, 32 və 128 QB daxili yaddaşla təchiz ediliblər. Bu halda “Google” istifadəçilərə şəkil və videoyazıların saxlanılması üçün qeyri-məhdud disk sahəsi söz verir. Korporasiyanın mütəxəssislərinin qiymətləndirməsinə görə, akkumulyatorun şarjı gözləmə rejimində 7 saat üçün kifayət edir və 15 dəqiqə ərzində enerji ilə doldurmaq mümkündür.
Tayvanın “HTC” şirkəti tərəfindən yığılan qurğular “Android” əməliyyat sisteminin “Nougat” adlı yeni versiyası ilə işləyir. Yeni versiyada enerji sərfiyyatını optimallaşdıran və əməli yaddaşa yüklənməni azaldan xüsusi iş rejimi mövcuddur. Şirkətin nümayəndələri “Pixel” smartfonuna inteqrasiya edilmiş virtual səs köməkçisinə xüsusi əhəmiyyət verirlər.

Smartfonun dizaynı bir çox başqa populyar modellərə oxşayır, sadəcə, fiziki düymələri sensor panel əvəz edir. Aparat üç rəngdə əlçatandır: gümüşü, qara və ağ-göy. Sonuncu ABŞ üçün eksklüzivdir. “Pixel” smartfonu virtual reallıq effektinin yaradılması üçün “Daydream” platformasını dəstəkləyir.

ICTnews