Paylaş

“Google” hazırda istifadəçilərə 90 dildə yazılı tərcümə xidməti təklif edir.

“The New York Times” ın məlumatına görə, isə yeni tətbiqetmə sayəsində artıq məşhur dillərdən birində audio və ya video material təqdim etdiyiniz zaman proqram onu avtomatik olaraq tərcümə etməyə, yazıya köçürməyə başlayacaq.
“Google”ın tərcümə proqramını inkişaf etdirmək məqsədilə tətbiq edəcəyi digər bir yenilik isə “Word Lens” dir. Bu yenilik sayəsində artıq tərcümə etmək istədiyiniz yazını telefonunuzun kamerasına göstərməyiniz kifayətdir. Bu zaman proqram tez zamanda göstərdiyiniz mətni sizin seçimizinizə uyğun olaraq rus, ispan,italyan,çin dillərindən birinə tərcümə edəcək. Adı çəkilən tətbiqetməni indi ödənişsiz olaraq telefonunuza yükləyə bilərsiniz.

go1 go2
Bundan başqa,”Google” əcnəbi dildəki mətnləri avtomatik olaraq ana dilimizə tərcümə edəcək yeni xidmət üzərində də çalışır. Bu xidmətin isə istifadəyə veriləcəyi tarix dəqiq məlum deyil.