Paylaş

Günümüzdə  kişilərin bir qismi gözə sürmə sürülməyəcəyini düşünsə də fərqli tərzlərə və yaradıcı peşələrə sahib bir çox kişi, sürməni həyat tərzi olaraq həyatlarına qatıblar.

Nümunə versək: rəssamlar, səs sənətçiləri, rəqsçi balet, yazıçılar, film artistləri, şairlər, rejissorlar, modellər və özünəxas tərzə sahib bir çox cəsur və iradəli sənətçi ruhlu kişilər, çəkinmədən sürməyi istifadə edirlər. Sürməni xaricdə kişilər, gündəlik həyatlarında qadınlar kimi makiyaj vəsaiti olaraq istifadə edirlər. Bu səbəblə də sürmə çəkmək adi hal alıb, dəb olaraq bəzi kişilər üçün fərdi seçim halına gəlib.

Bəzi kişilərdə sürmə və göz qələmi fərq yaradır.

Sürmə, daha çox dəri və blazer pencəklər, salaş və cırıq t-shirt, etnik paltarlar, bol aksesuarlar ilə istifadə edildiyi zaman daha xoş görünür. Bununla birlikdə istifadə olunan  rənglərin əhəmiyyəti daha da təsirli olur. Nümunə verəcək olsaq; qara, tünd qırmızı, qırmızı və boz tonlarda istifadə olunanada çox daha təsirli olur və kişini daha cazibədar edir. Qəhvəyi, sarı, qızılı kimi ağır və parlaq rənglər isə daha etnik göstərir.

Kişilər  allergiyası olan və həssas gözlərə uyğun sürmə seçərlərsə çox yaxşı olar. İri gözləri olanlar gözün  içinə, kiçik gözlərə sahib olanlar isə  yalnız göz çərçivəsinin kənarlarına yüngül sürərək, barmaq iləonu  paylayaraq çox daha yaxşı nəticələr əldə edə bilərlər.