Paylaş

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Xetaq Qazyumov final görüşünü keçirib.

97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda son dünya çempionu, ABŞ təmsilçisi Frederik Kayl Sneyder ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Xetaq Qazyumov bu dəfə qələbə qazana bilməyib.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.