Paylaş

Yəqin ki, bəzi günlərdə siz də yuxudan yeni oyanmağınıza baxmayaraq, özünüzü çox yorğun, sanki enerji böhranı yaşamış kimi hiss edirsiniz.
Bəs bu yorğunluğun yaranma səbəblərini bilirsiniz? Bu dəfə səbəbini bilmədiyiniz halda sizi yorğun göstərən səbəblər haqqında danışacağıq.

Kifayət qədər yatmırsınız
Yəqin, fikirləşirsiniz ki, bu tutarlı səbəb deyil, amma bilməlisiniz ki, yatmaq yalnız istirahət etmək demək deyil. Çox gəzmək orqanizm üçün nə dərəcədə xeyirlidirsə, yatmaq da bir o qədər önəmlidir. Çünki bu zaman insanın hormonları böyüyür. Protein hormonunun böyüməsi sümüklərin möhkəmlənməsinə səbəb olur.
Eyni zamanda, az yatmaq insanda depresiya yaradır. Bunun üçün gündəlik 7, 8 saat yatmalısınız. Bu enerjinizin bərpa olunmasına və günə gümrah başlamağınıza səbəb olacaq.

Çox fast food yeyirsiniz
Əksəriyyətimiz yediyimiz yeməklərin psixologiyamıza təsir da göstərdiyindən xəbərsizik. Qəbul etdiyimiz qidaların ruh halımıza necə təsir edəcəyini bilmədiyimiz üçün bəzən səhhəttimizlə yanaşı, psixologiyamıza da mənfi təsir edən yeməklər yeyir, sonda isə gözləmədiyimiz nəticələrlə üzləşirik. Yediyimiz zaman bu yeməklərin dadı sizə nə qədər xoş gəlsə də, araşdırmalara görə fast-foodun zərərli tərkibi bir müddət sonra bütün enerjimizi itirməyimizə səbəb olur.

Kifayət qədər su içmirsiniz
Çoxları bilmir ki, özümüzü yorğun hiss etməyimizin səbəblərindən biri də susuzluqla bağlıdır. Bir stəkan su bizim üçün təkan, daha çox şəkər deməkdir. Unutmamalısınız ki, gün ərzində eyni enerji ilə işləməyiniz üçün mütləq su içməlisiniz.

İnfeksiyanız var
İnfeksiya və iltihab kimi hallar enerjinizi azaldır. Bu problemlə qarşılaşmamaq üçün birinci etməli olduğunuz iş tez-tez həkim nəzəratindən keçməkdir. Nəticələr müsbət çıxdığı halda belə, bəzi qabaqlayıcı addımlar atmalısınız. Bunun üçün əməl edilməli olduğumuz qaydalar isə çox sadədir: tez-tez əllərinizi yumaq, düzgün yatmaq və. s.

Az hərəkət edirsiniz
Hər zaman yüksək enerjiyə sahib olmaq üçün daha çox hərəkət etməlisiniz. Bunun üçün də aktiv həyat tərzi keçirmək lazımdır. Bu sizin qan dövranınızın sürətli hərəkətinə səbəb olacaq. Əgər oturaq işdə çalışırsınızsa, səhər və axşam ən azından zamanınızın yarım saatını sadə məşq hərəkətlərinə ayırın.

Hormonlarınızda problem var
Enerjisizliyin səbəbi hormonlarınızda olan problemlər də ola bilər. Hormonların zəif inkişafı sizin aktiv həyatızı məhv edə bilər. Bu kimi probleminizin olub-olmadığını bilməyiniz üçün ilkin addım kimi müayinədən keçməyiniz lazımdır.