Paylaş

“Bastille” şirkətinin təhlükəsizlik məsələləri üzrə ekspertlərinin araşdırmasına görə, simsiz klaviaturalar, həmçinin tanınmış istehsalçıların modelləri haker hücumlarına qarşı dayanıqsızdırlar.

Əksər simsiz klaviaturalarda şifrələnməmiş radio rabitə protokollarından istifadə olunması mütəxəssisləri təəccübləndirib. Bu o deməkdir ki, klavişin kodları faktiki olaraq dəyişməz formada “USB” qəbulediciyə ötürülür. Hakerlər 75 metr məsafədən simsiz qurğulara qoşula bilər. Bundan sonra onlar klaviatura vasitəsilə daxil edilmiş istənilən
simvolu ələ keçirməyə imkan verən “KeySniffer” hücumunu işə salır.

Bundan başqa, hakerlər məsafədən qurbanın klaviaturasına müdaxilə edə bilər. Bu, zərərli proqram təminatını quraşdırmağa və başqa əməliyyatları yerinə yetirməyə imkan verir.

Ekspertlər haker hücumlarına qarşı dayanıqsızlığı sübut edilmiş qurğuların tam siyahısını xüsusi yaradılmış saytda göstəriblər.

Onların iddiasına əsasən, bu problemin proqram nöqteyi cəhətdən həlli mövcud deyil. Ona görə haker hücumuna dayanıqsız modellərdən istifadə etmək lazım deyil.

ICTnews