Paylaş

Aktyor Engin Altan hamilə həyat yoldaşı Neslişah Alkoçlara sürpriz edib.

Kishi.az-ın Axşam.az-a istinadən xəbərinə görə, aktyor xanımı üçün Londonda ev satın alıb. Engin mənzilə 300 min sterlinq ödəyib.

Həyat yoldaşının ad gününü qeyd etmək üçün Londona getdiyini düşünən Neslişah qarşılaşdığı sürprizdən şok olub. Göz yaşlarını saxlaya bilməyən Neslişah sevincini ilk olaraq ailəsi ilə bölüşüb.

Alkoçlar Londonu çox sevdiyini və orada təhsil alan qardaşının yanına tez-tez gedib-gəldiyini bildirib.