Paylaş

Keçən həftə ərzində bizə ünvanlanan oxucu sualları və bu suallara “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssislərin cavabı ilə tanış ola bilərsiniz. Sizin də səhhətinizlə bağlı hansısa şikayətiniz, sualınız varsa, bizə ünvanlayın həkimlərimiz cavablandırsın.

1. Oxucu sualı: Salam, həkim məndə miqren var. Tez-tez tutmur, düzdü, amma ağrılar başlayanda 3-4 saat kimi davam edir. Buna görə heç vaxt həkimə getməmişəm. Bir iki-bildiyim dərman var ki, onları atılram miqren tutanda. Siz ev şəraitində hazırlaya biləcəyim hansı təbii vasitələri məsləhət görərdiniz?

1. Həkim cavabı: Öncə qeyd etmək istiyərdim ki, miqren diaqnozunu qoymadan öncə baş ağrılarının digər səbəbdən yaranmadığını aydınlaşdırmaq lazımdır. Buna bir neçə digər amil səbəb ola bilər:
• arterial təzyiqin dəyişikliyi
• beyin zədələnməsi
• nevralgiya
• vegetativ disfunksiya
• intoksikasiya
• psixogen faktor (gərginlik, depressiya və s.)
• infeksion xəstəliklər
• onurğa sütununun xəstəlikləri
• haymorit, otit
• pis vərdişlər və s.

Miqren xəstəliyinə gəldikdə isə iki növü mövcuddur auralı və sadə forması. Baş ağrısından əlavə digər simptomlarda yaranır: işığa və səsə qarşı həssaslıq, bulantı, qusma, yorğunluq, yuxululuq, halsızlıq, görmə pozğunluğu və s.
Boyun, abdominal, göz miqren növləridə mövcuddur.
Konservativ müalicədən əlavə aşağıdaki vasitələr Sizə kömək edə bilər:
• kofe, spirtli içkilərdən, tütündən imtina
• düzgün qida rasionu
• yaşınıza uyğun olan fiziki aktivlik
• yaşıl çay, bitki çayları
• xüsusi massaj və s.
Mütləq həkim-nevropatoloq müayinəsi məsləhətlidir.

2. Oxucu sualı: 37 yaşım var. 3-4 aydı ki, belimdə ağrılar yaranıb. Deyirlər ki, bu osteoxondroz ola bilər. Sizdən öyrənmək istərdim bu xəstəliyin başqa hansı əlamətləri var?

2. Həkim cavabı: Osteoxondroz xəstəliyinin kliniki əlamətləri mərhələsindən və hansı sahəni əhatə etdiyindən aslı olaraq dəyişilir. Ümumi olaraq bir neçəsini sadalaya bilərik:
• beldə diskomfort hissi və ağrı
• əl və ayaqlarda göynəmə və ağrı hissi (əsasəndə sol tərəfdə)
• daxili orqanlarda ağrılar
• erkən yorğunluq
• boyun osteoxondrozu zamanı baş ağrıları, görmə zəifliyi
• bel fəqərələrinin osteoxondrozu zamanı reproduktiv sisteminin disfunksiyası
• ağrı hissi fiziki aktivlik zamanı çoxalır
• ayaqlarda hissiyatın zəifləməsi və s.
Lakin qeyd etmək istərdim ki, bel ağrısı yalnız osteoxondrozun simptomu deyil, digər xəstəliklərdədə rast gəlinir. Bunun üçün mütləq həkim baxışı, rentgen müayinəsi məsləhətlidir. Əlavə mieloqrafiya, KT kimi müayinələrədə ehtiyac ola bilər.

3. Oxucu sualı: Oxucu sualı: Məndə prostat xərçəngi var. Bir neçə müddətdir ki, qarnımda da səbəbsiz ağrılar yaranıb. Bunun səbəbi həmin prostat ola bilər deyirlər. Bəs belə olanda prostat mütləq əməliyyat edilməlidir? Başqa həll yolu yoxdur?

3. Həkim cavabı: Prostat vəzinin xərçəngi zamanı mərhələsindən asılı olaraq bu cür müalicə üsulları istifadə olunur: prostatektomiya, şuaterapiyası, hormonal preparatlar, kemoterapiyavə s.
Lakin ilk öncə onkoloq tərəfindən yaşınızdan, zədələnən sahədən, xərçəngin mərhələsindən, metastazların əmələ glməsindən asılı olaraq düzgün müalicə planı qurulacaq. Bunun üçün PSA, USM, KT, biopsiyakim müayinələrə də ehtiyac ola bilər.

4. Oxucu sualı: 7 aylıq hamiləyəm. Təzəlikcə dişim ağrımağa başlayıb. Onu çıxardıb, yeni diş əkdirmək istəyirəm, amma deyirlər ki, hamiləlik dövründə bu riskli addımdı. Bunun hansı fəsadları yarana bilər?

4. Həkim cavabı: Hamiləlik dövrü stomatoloq müayinəsi məsləhətlidir. Çünki bu dövrdə qadının orqanizmdə kalsiyum çatışmazlığı yarana bilər. Bu isə ilk öncə dişlərə və sümüklərə zərbə vurur. Məsələn, karies yarana bilər. Bu proses infeksion olduğu üçün irəlləməsinə yol vermək olmaz.
Daha məsləhətli olardı ki, hamiləlik öncəsi müalicə alasınız, lakin planlaşdırılmamış hamiləlik və digər istisna hallarda əgər stomatoloq müayinəsinə ehtiyac varsa uzatmağın bir mənası yoxdu. Çünki bu ağrının artmasına və prosesin ağırlaşmasına səbəb ola bilər.
Stomatoloq baxışından sonra müəyyən olunacaq ki, müalicənin hamiləlik dövrü aparılması məqsədəuyğundur, ya yox.
Əgər müayinə zamanı stomatolojı müalicənin döləzi yanı aşkarlansa, simptomatik müalicə vasitəsi ilə hamiləliyi başa çatdırıb, sonra davam etdirməniz məsləhət olunacaq.Mütləq ginekoloq məsləhəti də vacibdir.

5. Oxucu sualı: Salam, həkim artıq bir neçə aydı ki 2-3 həftədən bir qarnımda xəncər sancırmış kimi ağrılar yaranır. Bu ağrılar başlayanda yerimdən tərpənə bilmirəm. Bu hansısa daxili xəstəliyin nəticəsi ola bilərmi? Ya narahtlığa ehtiyac yoxdur?

5.Həkim cavabı: “Xəncər sancmış kimi” kəskin ağrı orqanizmdə kəskin patologiya əlamətidir. Əsasən mədə və duodenum xorasının perforasiyası (deşilməsi) zamanı yaranır.Və yaxud digər orqanınz ədələnməsi, kəskin qanaxmanın yaranması əlaməti ola bilər.
Mütləqhəkim-terapevtin baxışı məsləhətlidir.

Qeyd: Əgər Siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.